AZ

Bundesliqa: “Hoffenhaym” 3, “Köln” 4 qolla qalib gəldi

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 9-cu turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Beş qolun qeydə alındığı “Köln” – “Hamburq” matçında meydan sahibləri darmadağına seviniblər. “Volfsburq” – “Hoffenhaym” görüşündə də qapılara beş qol vurulub. Amma bu oyun qonaqların qələbəsiylə yekunlaşıb.

Beləliklə, 9 turdan sonra itkisiz irəliləyən “Bayern” 27 xalla vahid liderdir. “Leypsiq” 22 xalla ikinci, Dortmund “Borussiya”sı 20 xalla üçüncü pillədə qərarlaşıb. “Ştutqart”ın 18, “Bayer”in 17, “Hoffenhaym”ın 16, “Köln”ün 14 xalı var.

Almaniya, Bundesliqa
9-cu tur

31 oktyabr

Auqsburq – Borussiya (Dortmund) 0:1
Qol: Girassi, 37.

1 noyabr

Haydenhaym – Ayntraxt 1:1
Qollar: Zivzivadze, 32 – Kristensen, 55.

Maynts – Verder 1:1
Qollar: Vidmer, 36 – Stage, 86.

Leypsiq – Ştutqart 3:1
Qollar: Şabo, 45-öz qapısına. Diomandde, 53. R.Kardozo, 90+1 – T.Tomas, 65.

Sankt Pauli – Borussiya (Mönhenqladbax) 0:4
Qollar: Tabakoviç, 15; 40. Maşino, 75. Fraulo, 80.

Union Berlin – Frayburq 0:0

Bayern – Bayer 3:0
Qollar: Qnabri, 25. N.Cekson, 31. Bade, 44-öz qapısına.

2 noyabr

Köln – Hamburq 4:1
Qollar: Açe, 25. Kaynts, 48. El Mala, 90+4. Kaminski, 90+9 – Dompe, 61.

Volfsburq – Hoffenhaym 2:3
Qollar: Amura, 14; 56 – Burger, 31; 62. Promel, 50.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
41
48
arena.az

10Mənbələr