AZ

Alp dağlarında 5 alpinist qar uçqunu nəticəsində həlak olub

İtaliyanın şimalında, Cənubi Tiroldə qar uçqunu nəticəsində itkin düşən iki alman alpinistin cəsədi tapılıb.

Doğru.az xəbər verir ki, bu barədə Tagesschau məlumat yayıb. Xilasedicilər bundan əvvəl daha üç ölü alpinistin cəsədini aşkarlamışdılar. “İtaliya dağ xilasetmə xidmətinin məlumatına görə, ölənlər ata və onun 17 yaşlı qızıdır”, – məqalədə qeyd olunur.

Məlumata görə, bir gün əvvəl iki alman alpinist qrupu qar uçqunu altında qalıb. Birinci qrupun hər üç üzvü həlak olub və onların cəsədləri Ortler massivində tapılıb. İkinci qrupdan isə iki nəfər sağ qalıb və vertolyotla xəstəxanaya çatdırılıb.

Xatırladaq ki, sentyabr ayında da Rusiyanın Soçi şəhərində yerləşən Fişt dağına qalxan turistlərdən biri həlak olmuş, digəri isə ağır yaralanmışdı.

DOĞRU.AZ

Seçilən
41
1
dogru.az

2Mənbələr