Misli Premyer Liqasında 10-cu turunda "Sumqayıt" "Araz-Naxçıvan"la qarşılaşıb.
“İki sahil”in məlumatına görə, oyunun 17-ci dəqiqəsində Roi Kehat hesabı açıb. 41-ci dəqiqədə Şarl Boli bərabərlik qolunun müəllifi olub.
50-ci dəqiqədə Patrik Andrade naxçıvanlıları hesabda önə çıxarsa da 69-cu dəqiqədə Ronaldo Vaskez hesabı bərabərləşdirib - 2-2.
Qarşılaşmada son nöqtəni Roi Kehat qoyub. O, 78-ci dəqiqədə özünün ikinci, komandasının 3-cü qolunu vuraraq “Sumqayıt”a qələbə qazandırıb.
Misli Premyer Liqası,
10-cu tur
2 noyabr (bazar)
18:30. “Sumqayıt” 3–2 “Araz-Naxçıvan”
Qollar: Roi Kehat,17 (1-0), Şarl Boli, 41 (1-1), Patrik Andrade, 50 (2-1), Ronaldo Vaskez, 69 (2:2), Roi Kehat 78 (3-2)
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Zöhrab Abbasov, Elvin Bayramov
VAR: Əliyar Ağayev
AVAR: Akif Əmirəli
M.H. adına Sumqayıt şəhər stadionu
Məhərrəm Ağalaroğlu, “İki sahil”