AZ

ABŞ-ın gizli 51-ci bölgəsində müəmmalı olay - bütün ərazi qapadıldı…


ABŞ-ın ultra-gizli hərbi bazası olan 51-ci bölgə yaxınlığında baş verən sirli qəza gecə yarısı bütün bölgənin müəmmalı şəkildə bağlanmasına səbəb olub.

23 sentyabrda baş verdiyi bildirilən dron qəzasından sonra bazanın ətrafında uçuş qadağası elan edilib və FTB araşdırmalara başlayıb."New York Post" qəzetinin məlumatına görə, qəza Las Veqasdan təxminən 134 km şimal-qərbdə, Qrum Leyk ərazisindəki gizli hərbi bazanın hüdudlarından kənarda baş verib.

Qəzadan sonra gecə boyu böyük bir əməliyyat keçirildiyini bildirən yerli mənbələrin sözlərinə görə, hərbi helikopterlər və silahlı patrullar ərazini dərhal nəzarətə götürüb və ərazidəki bütün yollar bağlanıb.

Şahidlərin sözlərinə görə, ərazidə hərbi helikopterlər uzun müddət uçuşlar keçirib, yanmış ağaclar və dağıntılar görünüb. Müşahidəçilərin iddialarına görə, bu xilasetmədən daha çox ört-basdır əməliyyatına bənzəyirmiş.

Uzun illərdir 51-ci Zonanı izləyən tədqiqatçı Yorq Arnu bazanın ətrafında geniş təhlükəsizlik tədbirlərinin həyata keçirildiyini bildirərək vəziyyətin ciddiliyinə diqqət çəkib: “Demək olar ki, bütün ərazi bağlanıb, silahlı patrullar yerləşdirilib. Vəziyyət ciddidir”.

ABŞ Hərbi Hava Qüvvələri qəzanın Kriç Hava Bazasındakı 432-ci Eskadrilyaya məxsus MQ-9 Reaper pilotsuz təyyarəsi ilə əlaqəli olduğunu iddia edib. Lakin, UNO tədqiqatçıları bu açıqlamanın həqiqəti gizlətmək üçün verildiyini iddia ediblər.

Hərbi Hava Qüvvələrinin oktyabrın 3-də ərazidə apardığı araşdırmalar zamanı qəzadan sonra əraziyə yerləşdirildiyi müəyyən edilmiş təlim bombası və naməlum bir təyyarə paneli aşkar edilib.

Federal Aviasiya Administrasiyası qəzanın baş verdiyi gün "milli təhlükəsizlik səbəbilə" ərazi üzərində müvəqqəti beş dəniz mili genişliyində uçuş qadağasının elan edildiyini təsdiqləyib.

51-ci Bölgəni izləyən tədqiqatçı Yorq Arnunun sözlərinə görə, qəzaya uğrayan təyyarə qırıcı təyyarələrlə qarşılıqlı əlaqədə ola bilən yeni süni intellektlə idarə olunan pilotsuz uçuş vasitəsi ola bilər. Bəzi müdafiə mənbələri də bu ehtimalı dəstəkləyir.

TAHİR

Seçilən
38
baki-xeber.com

1Mənbələr