Misli Premyer Liqasında 10-cu turun oyunları davam edir.
QOL.az xəbər verir ki, bu gün daha iki görüş keçirilir.
Əvvəlcə "Turan Tovuz" "Şamaxı"nı qəbul edib. Bu görüş Tovuz təmsilçisi üçün onunla əlamətdardır ki, komanda 5 aylıq fasilədən sonra doğma meydanına qayıdıb. Doğma meydanda ilk oyun "Turan Tovuz" üçün düşərli olub. Belə ki meydan sahibləri "Şamaxı"ya 2:1 hesabı ilə qalib gəlib.
Günün digər matçında isə "Sumqayıt" "Araz-Naxçıvan"ı qəbul edir.
Qeyd edək ki, 10-cu turun son görüşündə "Qəbələ" "Sabah"ın qonağı olacaq. Oyun noyabrın 3-də keçiriləcək.
2 noyabr (bazar)
Misli Premyer Liqası, 10-cu tur
18:30. “Sumqayıt” – “Araz-Naxçıvan” - 3:2 (İkinci hissə)
Qol: Roi Kehat,17 (1:0), Şarl Boli 41 (1:1), Patrik Andrade 50 (2:1), Ronaldo Vaskez (2:2) 69, Roi Kehat (3:2) 78
 Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Zöhrab Abbasov, Elvin Bayramov
 VAR: Əliyar Ağayev
 AVAR: Akif Əmirəli
 M.H. adına Sumqayıt şəhər stadionu
16:00. “Turan Tovuz” – “Şamaxı” - 2:1
Qol: Rikardo Apolinario 45 (0:1), Roberto Olabe 45+2 (1:1), Joarlem Santos, 49 (2:1)
 Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov
 VAR: Kamal Umudlu 
 AVAR: Vüsal Məmmədov
 Tovuz şəhər stadionu
3 noyabr (bazar ertəsi)
19:30. “Sabah” – “Qəbələ”
  
1 noyabr (şənbə)
“Neftçi” - “Kəpəz” - 5:1
“Karvan-Yevlax” - “Zirə” - 2:3

Bombardirlər:
Ba-Muaka Simakala ("Araz-Naxçıvan") - 6 qol
Coy-Lens Mikels ("Sabah") - 5 qol
Bassala Sambu ("Neftçi") - 4 qol