AZ

"Turan Tovuz" Premyer Liqada növbəti qələbəsini qazandı

"Turan Tovuz" Misli Premyer Liqasında növbəti qələbəsini qazanıb.

"Unikal"ın məlumatına görə, bölgə təmsilçisi X turda "Şamaxı" ilə üz-üzə gəlib.

Tovuz şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin qalibiyyəti ilə bitib.

Komandanın qollarını 45+2-ci dəqiqədə Roberto Olabe, 49-cu dəqiqədə Joarlem Santos vurub.

Qonaqlardan 45-ci dəqiqədə Rikardo Apolinario penaltidən fərqlənib.

Bu nəticədən sonra xallarının sayını 21-ə çatdıran "Turan Tovuz" birinci pillədə qərarlaşıb. "Şamaxı" 10 xalla doqquzuncu sıradadır.

Seçilən
24
3
unikal.az

10Mənbələr