AZ

Salyanda minik maşını, Biləsuvarda kombayn yandı

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Salyan və Biləsuvarda yanğın hadisələri baş verib.

Oxu.Az xəbər verir ki, Salyanda baş verən yanğın Ələt-Astara avtomobil yolunun 33-cü kilometrliyində qeydə alınıb.

Yanğın nəticəsində "Haval" markalı minik avtomobili tamamilə yanaraq kül olub.

Digər yanğın hadisəsi isə Biləsuvar şəhəri ərazisində yerləşən əkin sahəsində qeydə alınıb. Belə ki, pambıq yığımı zamanı kombayn qəfil alışıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunaraq yanğın söndürülüb.

Hər iki hadisə ilə bağlı araşdırma aparılır.

Əli Məmmədov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
40
1
oxu.az

2Mənbələr