AZ

Salyanda minik maşını, Biləsuvarda kombayn yandı

Salyan və Biləsuvarda yanğın hadisələri baş verib.

Oxu.Az xəbər verir ki, Salyanda baş verən yanğın Ələt-Astara avtomobil yolunun 33-cü kilometrliyində qeydə alınıb.

Yanğın nəticəsində “Haval” markalı minik avtomobili tamamilə yanaraq kül olub.

Digər yanğın hadisəsi isə Biləsuvar şəhəri ərazisində yerləşən əkin sahəsində qeydə alınıb. Belə ki, pambıq yığımı zamanı kombayn qəfil alışıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunaraq yanğın söndürülüb.

Hər iki hadisə ilə bağlı araşdırma aparılır.

Seçilən
20
1
editor.az

2Mənbələr