İran şimal vilaləti olan Gülüstanda daha bir Atom Elektrik Stansiyasının (AES) tikintisi layihəsinə başlayıb.
Publika.az xəbər verir ki, bu barədə İran İslam Respublikası Atom Enerjisi Təşkilatının vitse-prezidenti və sədri Məhəmməd Eslami bildirib.
"Böyük səylə uyğun torpaq sahəsi taparaq Gülüstan vilayətinin sahilində atom elektrik stansiyasının tikintisi layihəsinə başlaya bildik", - o deyib.