AZ

İran Rusiya ilə 8 atom elektrik stansiyasının tikintisini planlaşdırıb

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının iclasında ölkənin nüvə enerjisi sahəsində əldə etdiyi irəliləyişlər barədə məlumat verib.

Bizimyol.info xəbər verir ki, İslami bəyan edib ki, Rusiya ilə əməkdaşlıq çərçivəsində 8 atom elektrik stansiyasının tikintisi planlaşdırılır.

"Bu layihələrdən biri başa çatıb, ikisi isə tikilməkdədir. Bundan başqa, Hörmüzqan əyalətində 5 min meqavat gücündə elektrik stansiyalarının tikintisinə dair razılıq əldə olunub", - deyə o bildirib.

Radioizotop dərman istehsalının heç vaxt dayanmadığını və dayanmayacağını vurğulayan İslami, 2022-2024-cü illər arasında təxminən 500 əhəmiyyətli nüvə texnologiyası nailiyyətinin əldə edildiyini, bunların bir çoxunun insanların gündəlik həyatına və milli iqtisadiyyata müsbət təsir göstərdiyini qeyd edib.

Bundan əlavə, kənd təsərrüfatında nüvə enerjisindən istifadə məsələsinə toxunan İslami radiasiyanın kənd təsərrüfatı məhsullarının saxlama müddətini uzatdığını, məhsul itkilərini azaltdığını, ixracı və məhsuldarlığı artırdığını bildirib.

İslami şəkərli diabet yaralarının və qadın döş xərçənginin müalicəsində plazma texnologiyasından istifadə edildiyini və bu sahədə əhəmiyyətli araşdırmaların aparıldığını da qeyd edib. O, həmçinin qeyd edib ki, sənaye tullantılarının və çirklənmiş suların təmizlənməsi istiqamətində mühüm layihələr həyata keçirilir.

İclasda həmçinin İran Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) məxfi məlumatların mühafizəsi ilə bağlı xəbərdarlıq etdiyinə görə tənqid edilib və agentliyin buna məhəl qoymadığı qeyd edilib. Bildirilib ki, nüvə danışıqları Xarici İşlər Nazirliyi və Ali Milli Təhlükəsizlik Şurasının koordinasiyası ilə aparılır.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
131
11
bizimyol.info

10Mənbələr