Azərbaycanın FİFA referisi Əliyar Ağayev UEFA-dan təyinat alıb.
Apasport.az xəbər verir ki, o, Çexiyada yerli “Slaviya” və İngiltərənin “Arsenal” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununu idarə edəcək.
Zeynal Zeynalov və Akif Əmirəli yan xətt hakimləri olacaq, Elçin Məsiyev dördüncü hakim funksiyasını yerinə yetirəcək.
“Slaviya” – “Arsenal” matçı noyabrın 4-də baş tutacaq.
"Sumqayıt" "Araz-Naxçıvan"la üz-üzə gələcək - YENİLƏNİR
İstanbul derbisi bu kanalda
"Sabah" Kəpəz"i, "Araz-Naxçıvan" isə "Şamaxı"nı məğlub edib
“Sumqayıt”da yeni futbolçu
Çempionlar Liqası: “Araz Naxçıvan” növbəti mərhələyə yüksəlib