AZ

“Salahın 250 qol vurması inanılmaz göstəricidir”

“Liverpul”un baş məşqçisi Arne Slot komandanın hücumçusu Məhəmməd Salahın klubda 250-ci qolunu vurmasına münasibət bildirib.

90deqiqe.Az-ın məlumatına görə, niderlandlı çalışdırıcı bu barədə klubun rəsmi saytına açıqlamasında danışıb.

“Bu, möhtəşəm göstəricidir. Bir futbolçunun eyni klubun heyətində 250 qol vurması demək olar ki, inanılmazdır. Artıq futbolda bu cür hallar çox nadir görülür. Bugünkü matçda o, təkcə qol vurmaqla kifayətlənmədi, həm də çox yaxşı oyun sərgilədi. Biz uzun ötürmələrlə oynayanda əsasən onun tərəfinə yönəlirdik və o, bu top itkilərində çox effektiv idi. Ən çox xoşuma gələn isə onun həm hücumda, həm də müdafiədə çalışqan olması idi. İlk qolu vurduqdan sonra Salah Van Deykə mərkəzdə kömək edirdi. Bütün bu amillər onun oyununu daha da dəyərli etdi. Əlbəttə, onun üçün 250-ci qolu vurmaq xüsusi əhəmiyyət daşıyır.” 

Xatırladaq ki, İngiltərə Premyer Liqasının 10-cu turunda “Liverpul” doğma meydanda “Aston Villa” üzərində 2:0 hesablı qələbə qazanıb. Misirli futbolçu oyunun ilk hissəsinə əlavə olunmuş vaxtda fərqlənib.

Seçilən
55
90deqiqe.az

1Mənbələr