AZ

“Zaman Art Gallery” yaradıcılıq məkanında sərgi “Mən suyam”

525.az saytından alınan məlumata görə, ain.az bildirir.

Noyabrın 1-də paytaxtda keçirilən Art Weekend - beynəlxalq incəsənət festivalı çərçivəsində “Zaman Art Gallery” yaradıcılıq məkanında “Mən suyam” adlı sərgiyə kurator turu olub.

525.az xəbər verir ki, Azərbaycan rəssamlarının qrup sərgisində 20-dən çox müəllifin əsəri nümayiş olunur.

Ekspozisiyada Tahir Şıxəliyev, Aylin Məmmədli, Diana Aliyeva, Məhəmməd Orucov, Eldar Babazadə, Sayalı Məmmədova, Orxan Qarayev, İnna Kostina, Afaq Əkbərova, Mir Azər Abdullayev, Günel Ravilova, Aynurə Mahmudova, Gülnarə Xəlilova, Nigar Familsoy, Vüqar Əli, Fəzilə Rəcəbova, Cavid Məmmədov, Soltan Soltanlı, Vüsalə Ağarazıyeva, Rafail Aliyev, Sərxan Hacıyev, Fidan Zaman və Novruz Balabəyovun işləri yer alıb.

Art Weekend festivalının əsas elementi kimi seçilən su burada nümayiş olunan əsərlərdə də əsas mövzudur. “Mən suyam” sərgisinin məqsədi tamaşaçıda yalnız suyun estetik qavrayışını deyil, həm də onun təbiətinə mənəvi yaxınlıq hissini oyatmaqdır: hiss etdirməkdir ki, hər birimizin qəlbində yaddaşla, ağrıyla, işıqla və ümidlə dolu axan bir çay var.

Sərgi noyabrın 16-dək davam edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
71
525.az

1Mənbələr