AZ

Tramp Ağ Evdə Əhməd əl Şaraa ilə görüşəcək

ABŞ Prezidenti Donald Tramp noyabrın 10-da Ağ Evdə Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraanı qəbul edəcək.

 

Bunu ABŞ-ın Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak “Axios” portalına açıqlamasında deyib.

 

Məlumata görə, Əhməd əl Şaraa Vaşinqtona səfəri zamanı Suriya tərəfinin ABŞ-ın rəhbərlik etdiyi “İŞİD-lə mübarizə üzrə beynəlxalq koalisiyaya” qoşulmasını nəzərdə tutan sənədləri imzalayacağı gözlənilir.

 

Portal qeyd edib ki, bu, Suriya Prezidentinin Ağ Evə ilk rəsmi səfəri olacaq.

 

Seçilən
21
14
senzor.az

10Mənbələr