AZ

Yaponlar plovu belə bişirir

Artıq yapışqan, lapa plov dövrü bitir. Yaponların illərdir tətbiq etdiyi gizli "yuma üsulu" sayəsində plov dənə-dənə olur, həm görüntüsü, həm dadı möhtəşəmdir.

Publika.az xəbər verir ki, yaponlara görə mükəmməl plovun sirri nə bahalı düyüdə, nə də ustalıqda gizlidir. Əsl sirr - düyü bişmədən öncə edilən sadə, amma vacib bir addımda - düzgün yuma texnikasındadır.

Usta aşpazların təqdim etdiyi o yumşaq, ətirli və dən-dən plovun arxasında, əslində çox sadə bir qayda dayanır.

Düyü yığından qablaşdırmaya qədər keçdiyi mərhələlərdə üzərində toz və çoxlu nişasta toplayır. Əgər düyü yuyulmadan bişirilərsə, bu nişasta bişmə zamanı yapışqan kütləyə çevrilir və nəticədə plov lapa və ağır olur.

Yapon mətbəxində demək olar ki, mərasim halına gətirilən düyü yuma prosesi əslində çox asandır və cəmi bir neçə dəqiqə çəkir.

Seçilən
9
2
publika.az

4Mənbələr