Fransa Liqa 1-in 11-ci turu çərçivəsində keçirilən oyunda “Monako” doğma arenada “Pari FC” komandasına uduzub.
90deqiqe.Az-ın məlumatına görə, “Lui II” stadionunda baş tutan qarşılaşmada qonaqlar 1:0 hesablı qələbə qazanıblar.
Oyunun yeganə qolunu 53-cü dəqiqədə “Pari FC”nin yarımmüdafiəçisi Moses Saymon vurub.
Bu nəticədən sonra “Monako” 20 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Komanda lider PSJ-dən dörd xal geri qalır. “Pari FC” isə 14 xalla 10-cu pilləyə yüksəlib.