“Zenit” klubu yarımmüdafiəçi Vendel ilə yeni müqavilə bağlayıb.
90deqiqe.Az-ın məlumatına görə,bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Yeni anlaşmaya əsasən, braziliyalı futbolçunun müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədə olacaq.
“Fluminense” akademiyasının yetirməsi olan Vendel peşəkar karyerasına bu klubda başlayıb. O, 2018–2020-ci illərdə **“Sporting Lissabon”**un heyətində çıxış edib, daha sonra “Zenit”ə transfer olunub.
Hazıradək yarımmüdafiəçi Rusiya təmsilçisinin heyətində 129 oyuna çıxıb, 20 qol vurub və 29 məhsuldar ötürmə edib. Vendel “Zenit”lə birlikdə dörd dəfə Rusiya çempionu, həmçinin ölkə kuboku və üç Superkubok qalibi olub.