ABŞ Prezidenti Donald Tramp noyabrın 10-da Ağ Evdə Suriya keçid dövrü prezidenti Əhməd əş-Şaranı qəbul edəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın Türkiyədəki səfiri və Suriyə üzrə xüsusi nümayəndəsi Tom Barrak “Axios” portalına açıqlamasında təsdiqləyib.
Məlumata görə, Əhməd əş-Şara Vaşinqtona səfəri zamanı Suriya tərəfinin ABŞ-ın rəhbərlik etdiyi “İŞİD-lə mübarizə üzrə beynəlxalq koalisiyaya” qoşulmasını nəzərdə tutan sənədləri imzalayacağı gözlənilir.
Portal qeyd edir ki, bu, Suriyanın prezidentinin Ağ Evə ilk rəsmi səfəri olacaq.