Vaşinqton administrasiyası Suriya hakimiyyətinin ABŞ-ın rəhbərlik etdiyi İŞİD-lə mübarizə üzrə beynəlxalq koalisiyaya qoşulacağını elan edəcəyini gözləyir.
"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Türkiyədəki səfiri və Suriyə üzrə xüsusi nümayəndəsi Tom Barrak Bəhreyndə keçirilən “Manama Dialoqu” forumunda çıxışı zamanı bildirib.
Diplomatın sözlərinə görə, Suriya hökuməti artıq müvafiq sənədi imzalamağa hazırlaşır.
"Cebheinfo.az"