AZ

Putin azərbaycanəsilli jurnalistə fövqəladə və səlahiyyətli səfir rütbəsi verib

Prezident Vladimir Putin İradə Zeynalovaya Rusiyanın fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verib. 

Ölkə.az xəbər verir ki, RF prezidentinin bu fərmanı hüquqi aktlar protalında dərc olunub.
Zeynalova 2024-cü il sentyabrın 13- də Rusiyanın Mavrikiydəki səfiri  təyin edilib. Həmin ilin dekabrında prezidentin fərmanı ilə ona Rusiya Federasiyasının birinci dərəcəli fövqəladə və səlahiyyətli elçisi rütbəsi verilib.

İradə Zeynalova 1997-ci ildən Rusiya televiziyasında çalışıb. “Rossiya” telekanalında “Vesti nedeli” verilişində reportaj hazırlayıb, 2003-cü ildə isə Birinci Kanala keçib. 2012-2016-cı illərdə "Vremya" verilişinin bazar buraxılışının aparıcısı olub. 2016-cı ilin payızından NTV-də "İtoqi Nedeli" verilişinin müəllifi və aparıcısı olub.

2022-ci ildə jurnalist Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında təhsil aldığını açıqlayıb. 2024-cü ilin mayında akademiyanı bitirib.

Mürtəza

Seçilən
28
olke.az

1Mənbələr