Prezident Vladimir Putin İradə Zeynalovaya Rusiyanın fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verib.
Ölkə.az xəbər verir ki, RF prezidentinin bu fərmanı hüquqi aktlar protalında dərc olunub.
Zeynalova 2024-cü il sentyabrın 13- də Rusiyanın Mavrikiydəki səfiri təyin edilib. Həmin ilin dekabrında prezidentin fərmanı ilə ona Rusiya Federasiyasının birinci dərəcəli fövqəladə və səlahiyyətli elçisi rütbəsi verilib.
İradə Zeynalova 1997-ci ildən Rusiya televiziyasında çalışıb. “Rossiya” telekanalında “Vesti nedeli” verilişində reportaj hazırlayıb, 2003-cü ildə isə Birinci Kanala keçib. 2012-2016-cı illərdə "Vremya" verilişinin bazar buraxılışının aparıcısı olub. 2016-cı ilin payızından NTV-də "İtoqi Nedeli" verilişinin müəllifi və aparıcısı olub.
2022-ci ildə jurnalist Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında təhsil aldığını açıqlayıb. 2024-cü ilin mayında akademiyanı bitirib.
Mürtəza
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta