AZ

Zəfər Gününə həsr olunmuş ”motokross” çempionatı keçiriləcək

11 noyabr tarixində Badamdar Avtobazar ərazisində Motokross çempionatı keçiriləcək. Yarış Azərbaycan Motosiklet İdmanı  Federasiyası (AMİF) tərəfindən təşkil olunur və 8 Noyabr – Zəfər Gününə həsr edilir.

Redaktor.az xəbər verir ki, tədbirin əsas məqsədi Azərbaycanda motosportun inkişafına dəstək olmaq, gənclər arasında idmana marağı artırmaq və Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsini yad etməkdir.

Çempionatda Azərbaycanın ən güclü motokros idmançıları ilə yanaşı, bölgələrdən dəvət olunmuş pilotlar da iştirak edəcəklər. Tamaşaçıları maraqlı yarışlar, nümayiş çıxışları, moto-şou və motosiklet sərgisi gözləyir.

Azərbaycan Motosiklet İdmanı Federasiyasının prezidenti Fuad Bağırov bildirib:

"Bu çempionat təkcə idman tədbiri deyil. Bu, qəhrəmanlarımıza ehtiram və gənc nəsilə ruh, cəsarət və vətənpərvərlik aşılayan bir simvoldur. Bütün motosport sevərlərini və vətəndaşlarımızı bu günü bizimlə birlikdə keçirməyə dəvət edirik".

Seçilən
60
5
redaktor.az

7Mənbələr