AZ

Zəfər Gününə həsr olunan "Motokros" çempionatı keçiriləcək

Noyabrın 11-də Azərbaycan Motosiklet İdmanı Federasiyası Badamdar Avtobazar ərazisində "Motokros" çempionatı keçirəcək. Çempionat 8 Noyabr – Zəfər Gününə həsr ediləcək.

Federasiyadan Publika.az-a bildirilib ki, tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanda motosportun inkişafına dəstək olmaq, gənclər arasında idmana marağı artırmaq və Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsini yad etməkdir.

Çempionatda Azərbaycanın ən güclü motokros idmançıları ilə yanaşı, bölgələrdən dəvət olunmuş pilotlar da iştirak edəcəklər. Tamaşaçıları maraqlı yarışlar, nümayiş çıxışları, motoşou və motosiklet sərgisi gözləyir.

Seçilən
27
5
publika.az

7Mənbələr