Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində çıxış edən “Araz-Naxçıvan” bu gün qrupda son oyununa çıxacaq.
QOL.az xəbər verir ki, təmsilçimiz Niderland çempionu “Tigers Roermond” ilə qarşılaşacaq. Bu görüş qrup liderini müəyyənləşdirəcək. Qrup qalibi 1/8 finala vəsiqə qazanacaq.
Qeyd edək ki, 2 oyundan sonra “Tigers Roermond”un 6, “Araz-Naxçıvan”ın isə 4 xalı var.
Oyun Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.
