
Almaniya hökuməti Ermənistana dəstək üçün 152 milyon avro yardım ayıracaq.
Missiya.Az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan məlumat verib.
"Almaniya hökuməti Ermənistana dəstək üçün 152 milyon avro ayıracaq. Bu, Berlində Ermənistan tərəfdən sədrlik etdiyim Ermənistan-Almaniya hökumətlərarası komissiyasının birgə iclasında əldə etdiyimiz əsas nəticədir", - deyə siyasətçi bildirib.
Papoyan qeyd edib ki, bu pulların hamısı Ermənistanda kiçik və orta biznesin inkişafına, bərpa olunan enerji və su sistemlərinin inkişafına və ölkə iqtisadiyyatının bir çox mühüm problemlərinin həllinə yönəldiləcək.
Daşqın HəsənovMissiya.Az
