AZ

Almaniya Ermənistana 150 milyon avrodan çox vəsait ayıracaq

Hurriyyet.az erməni mətbuatına istinadla xəbər verir ki, Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Almaniya-Ermənistan hökumətlərarası komissiyasının Berlində keçirilən iclasının nəticələrindən danışarkən belə bir məlumat verib.

Onun sözlərinə görə, həmin məbləğin 18 milyon avrosu hədiyyə edilən qrant vəsaitidir, 134 milyonu isə "çox aşağı, 0-dan azca yuxarı faizlə verilən" kreditdir.

Nazir bu vəsaitlərin haçısının Ermənistanda kiçik və orta biznesin, bəppa olunan energetikanın inkişafına, həmçinin Ermənistan iqtisadiyyatının qarşısındakı bir çox mühüm məsələlərin həllinə yönəldiləcəyini bildirib.

Hürr Tərcüman

 

Seçilən
9
5
hurriyyet.az

6Mənbələr