Bakı. Trend:
Azərbaycan Respublikası Dövlət Neft Fondu və (ARDNF) Çinin"China Energy International Group Co., Ltd.” (“CEEC International”)şirkəti arasında yeni birgə investisiya imkanlarınınmüəyyənləşdirilməsi imkanlarını müzakirə edilib.
Bu barədə TrendARDNF-yə istinadən xəbər verir.
Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçıdirektorunun müavini Rövşən Cavadov və müvafiq struktur bölmələrinəməkdaşları “China Energy International Group Co., Ltd.” (“CEECInternational”) şirkətinin sədri Syaodan Linin başçılıq etdiyinümayəndə heyəti ilə görüşüb.
Tərəflər 2025-ci il 8 sentyabr tarixində ARDNF ilə “CEECInternational” arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsindəmövcud əməkdaşlığın dərinləşdirilməsi, qarşılıqlı maraq doğuranyeni birgə investisiya imkanlarının müəyyənləşdirilməsi vəəməkdaşlıq mexanizmləri barədə fikir mübadiləsi aparıblar.
Görüşün yekununda Körfəz ölkələri, Çin və Cənub-Şərqi Asiyaregionlarında bərpa olunan enerji, enerji saxlama və tullantılarınidarəedilməsi sahələrində həyata keçirilə biləcək layihələrin vədigər investisiya imkanlarının mütəmadi şəkildə nəzərdənkeçirilməsi və müzakirə olunan təşəbbüslərə dair məlumatmübadiləsinin aparılması barədə razılığa gəlinib.
“CEEC International” energetika, su təsərrüfatı, sement sənayesivə digər irihəcmli infrastruktur sahələri üzrə Çində və beynəlxalqmiqyasda investisiya və xidmətlər təqdim edən, layihələrin bütünmərhələlərini əhatə edən sistemli və açar həllər təklif edən irisənaye konqlomeratıdır. “CEEC International” adıçəkilən qrupunstruktur vahidi olaraq, Çindən kənar beynəlxalq biznesfəaliyyətinin idarəedilməsi və beynəlxalq layihələrin icrasına vəəməkdaşlığa rəhbərlik funksiyasını yerinə yetirir.