AZ

ARDNF-də “CEEC International” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib

Bakı, 31 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktorunun müavini Rövşən Cavadov və müvafiq struktur bölmələrin əməkdaşları “China Energy International Group Co., Ltd.” (“CEEC International”) şirkətinin sədri Syaodan Linin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Fonddan AZƏRTAC-a bildiriblər ki, tərəflər 2025-ci il 8 sentyabr tarixində ARDNF ilə “CEEC International” arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində mövcud əməkdaşlığın dərinləşdirilməsi, qarşılıqlı maraq doğuran yeni birgə investisiya imkanlarının müəyyənləşdirilməsi və əməkdaşlıq mexanizmləri barədə fikir mübadiləsi aparıblar.

Görüşün yekununda Körfəz ölkələri, Çin və Cənub-Şərqi Asiya regionlarında bərpaolunan enerji, enerji saxlama və tullantıların idarəedilməsi sahələrində həyata keçirilə biləcək layihələrin və digər investisiya imkanlarının mütəmadi şəkildə nəzərdən keçirilməsi və müzakirə olunan təşəbbüslərə dair məlumat mübadiləsinin aparılması barədə razılığa gəlinib.

Seçilən
20
5
azertag.az

8Mənbələr