Bakı, 31 oktyabr, AZƏRTAC
2025-ci ilin yanvar-sentyabr aylarında “SOCAR Polymer” MMC 207 milyon dollar dəyərində məhsul ixrac edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,3 faiz çoxdur.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın oktyabr sayında bildirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarında “SOCAR Polymer” MMC-nin ixrac gəlirləri 192,9 milyon dollar olub.