AZ

“AzerGold”un ixrac gəlirləri 2 dəfəyədək artıb

Bakı, 31 oktyabr, AZƏRTAC

2025-ci ilin yanvar-sentyabr aylarında “AzerGold” QSC 165,6 milyon dollar dəyərində məhsul ixrac edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,84 dəfə çoxdur.

AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın oktyabr sayında bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarında “AzerGold” QSC-nin ixrac gəlirləri 90 milyon dollar olub.

Seçilən
7
2
azertag.az

4Mənbələr