Bakı. Trend:
“Google” şirkəti “YouGov” tədqiqat şirkəti ilə birgə apardığıaraşdırmanın nəticələrini açıqlayıb. Həmin araşdırmaya əsasən,“Android” əməliyyat sistemi ilə işləyən mobil cihazların sahibləri“iPhone” istifadəçiləri ilə müqayisədə virtual dələduzlarınSMS-ləri və zəngləri xeyli az rastlaşırlar.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Sorğudan əvvəlki yeddi günlük müddət ərzində “Android”istifadəçiləri “iOS” sistemli cihaz sahiblərindən 58 faiz azdələduz mesajlar alıblar. Ən yüksək müdafiə səviyyəsini “GooglePixel” smartfonları nümayiş etdirib - bu cihazların sahibləriarasında spam və fişinq xarakterli mesajlar qəbul etmə riski“iPhone” istifadəçilərinə nisbətən 96 faiz aşağı olub.
Bundan əlavə, “iOS” istifadəçiləri bir həftə ərzində üç və dahaçox dələduz SMS alma halları barədə “Android” istifadəçilərindənorta hesabla 65 faiz daha çox məlumat veriblər.
“Google” şirkəti bu nəticələri bir sıra texnologiyaların, ocümlədən RCS (Rich Communication Services) protokolunun, “Android”sisteminə inteqrasiya olunmuş müdafiə mexanizmlərinin və süniintellekt əsaslı sistemlərin tətbiqi ilə əlaqələndirir.
 
                        