ain.az bildirir, Azpost portalına istinadən.
“Google” şirkəti “YouGov” tədqiqat şirkəti ilə birgə apardığı araşdırmanın nəticələrini açıqlayıb. Həmin araşdırmaya əsasən, “Android” əməliyyat sistemi ilə işləyən mobil cihazların sahibləri “iPhone” istifadəçiləri ilə müqayisədə virtual dələduzların SMS-ləri və zəngləri xeyli az rastlaşırlar.
Sorğudan əvvəlki yeddi günlük müddət ərzində “Android” istifadəçiləri “iOS” sistemli cihaz sahiblərindən 58 faiz az dələduz mesajlar alıblar. Ən yüksək müdafiə səviyyəsini “Google Pixel” smartfonları nümayiş etdirib – bu cihazların sahibləri arasında spam və fişinq xarakterli mesajlar qəbul etmə riski “iPhone” istifadəçilərinə nisbətən 96 faiz aşağı olub.
Bundan əlavə, “iOS” istifadəçiləri bir həftə ərzində üç və daha çox dələduz SMS alma halları barədə “Android” istifadəçilərindən orta hesabla 65 faiz daha çox məlumat veriblər.
“Google” şirkəti bu nəticələri bir sıra texnologiyaların, o cümlədən RCS (Rich Communication Services) protokolunun, “Android” sisteminə inteqrasiya olunmuş müdafiə mexanizmlərinin və süni intellekt əsaslı sistemlərin tətbiqi ilə əlaqələndirir.
AzPost.az
Paylaş
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.