AZ

Libertadores kubokununda maraqlı olay: Rəqib futbolçuların diqqətini yayındırmaq üçün meydana əsginazlar səpildi - FOTO

Argentinanın “Rasinq” futbol klubunun azarkeşləri Libertadores kubokunun yarımfinal mərhələsində “Flamenqo”ya qarşı oyunda rəqib futbolçuların diqqətini yayındırmaq üçün maraqlı üsula əl atıblar.

İdman.Biz xəbər verir ki, oyun zamanı “Rasinq”in fanatları saxta Braziliya pul vahidinin əsginazlarını meydana səpələməyə başlayıblar.

Bununla da argentinalılar ilk oyunda qalib gələn braziliyalı futbolçuların diqqətini yayındırmaq istəyiblər. Oyun 0:0 hesabı ilə başa çatsa da, “Flamenqo” ilk oyunda qazandığı qələbəyə görə Libertadores kubokunun finalına çıxıb.

Məlumat üçün əlavə edək ki, “Qarabağ” klubunu sabiq hücumçusu Olavio Juninyo hazırda “Flamenqo”nun formasını geyinir. Sözügedən qarşılaşmada Olavio Juninyo oyunun sonuna qədər ehtiyat oyunçular skamyasında əyləşib.

İdman.Biz

Məqalədə:
Seçilən
6
1
idman.biz

2Mənbələr