AZ

Birinci Qarabağ müharibəsində itkin düşən iki hərbçinin qalıqları Xocalıda dəfn olunub

Birinci Qarabağ müharibəsində itkin düşən hərbçilər Hüseynov Çingiz Usub oğlu və Qəmbərov Səfər Qarsalan oğlunun nəşlərinin qalıqları ailələrinə təhvil verilib.

APA xəbər verir ki, bu gün Xocalı şəhərində şəhidlərlə vida mərasimi keçirilib.

Vida mərasimindən sonra şəhdilərin nəşlərinin qalıqları Xocalı şəhəri Şəhidlər xiyabanında dəfn olunub.

Qeyd edək ki, hər iki hərbçi 26 fevral 1992-ci ildə itkin düşüb.

Seçilən
19
3
apa.az

4Mənbələr