AZ

Xaçmazda qadın qətlə yetirildi – 17 yaşlı oğlu şübhəli bilinir

Xaçmazda qadın qətlə yetirilib, 17 yaşlı oğlu şübhəli bilinir.

Heftelik.az Report-a istinadən xəbər verir ki, hadisə ayın 29- u rayonun Çaykənarı kəndində qeydə alınıb.

Beləki, 1983-ci il təvəllüdlü Məmmədova Həqiqət Tərlan qızı oğlu tərəfindən bıçaqlanıb.

Yaralı bədənin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

İki gün xəstəxanada müalicə alan H.Məmmədova bu gün ölüb.

Hadisənin səbəbi hələki məlum deyil.

Qətli törətməkdə şübhəli bilinən mərhumun 17 yaşlı oğlu saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
33
7
heftelik.az

10Mənbələr