AZ

Almaniya “Rosneft”in törəmə şirkətini milliləşdirmək istəyir

Almaniya ABŞ sanksiyalarının tətbiqindən sonra Rosneft-in törəmə şirkətlərinin milliləşdirilməsini nəzərdən keçirir.

AzPost bildirir ki, Reuters agentliyinin məlumatına görə, Berlin neft şirkətlərindəki alman strukturlarının ABŞ məhdudiyyətlərindən azad edilməsinə üstünlük verir. Eyni zamanda müəssisələrin potensial müsadirəsini və xarici investora satılmasını da nəzərdən keçirir. Rusiya mediası Rosneft-in Almaniyadakı aktivlərini 7 milyard dollar qiymətləndirib, lakin agentliyin mənbələri real dəyərin bunun yarısı qədər ola biləcəyinə inanırlar.

Reuters müzakirələrlə tanış olan iki mənbəyə istinadən bildirib ki, ABŞ-ın Rosneft-ə qarşı sanksiyaları Almaniyadakı Rusiya neft biznesinin mümkün milliləşdirilməsi ilə bağlı müzakirələrin yenidən başlamasına səbəb olub.

ABŞ Maliyyə Nazirliyi Rosneft-in Almaniyadakı törəmə qurumlarını 2026-cı ilin aprel ayına qədər sanksiyalardan azad edib. Reuters agentliyinin məlumatına görə, Almaniya hakimiyyəti müəssisələrin milliləşdirilməsi və xarici investora satılması ilə bağlı da müzakirələr aparır.

Reuters qeyd edib ki, Rosneft Almaniyadakı Schwedt neft emalı zavodunda nəzarət payına malikdir. Bu zavod Berlinin böyük bir hissəsini, o cümlədən şəhərin hava limanlarını yanacaqla, ölkənin şərq hissəsindəki yanacaqdoldurma məntəqələri üçün benzinlə və yerli kimya sənayesi üçün xammalla təmin edir. Rusiya şirkəti həmçinin MiRo və Bayernoil neft emalı zavodlarında da paya sahibdir.

AzPost.az

Seçilən
76
azpost.info

1Mənbələr