AZ

A Seriya təmsilçisinin baş məşqçisi istefanın bir addımlığında

“Fiorentina”nın baş məşqçisi Stefano Pioli istefaya bir addımlıqdadır.

Sportal.az xəbər verir ki, əgər o, komandanı qarşıdakı iki Serie A turunda böhrandan çıxara bilməsə, 22 noyabrda “Yuventus”a qarşı keçiriləcək oyuna “bənövşələr”i başqa bir mütəxəssis hazırlayacaq.

19-cu pillədə qərarlaşan “Fiorentina” növbəti iki turda evdə 6 xala malik “Lecce” ilə, səfərdə isə cədvəlin sonuncusu olan, 3 xal toplayan “Genoa” ilə qarşılaşacaq.

Qeyd edək ki, Piolinin məşqçi heyətində rusiyalı Aleksandr Nizelik də çalışır. O, Rusiyada Sergey Semakın rəhbərliyi altında “Ufa” və “Zenit”də işləməsi ilə tanınır. Baş məşqçi istefaya göndərildiyi halda belə, Nizelik “Fiorentina”da fəaliyyətini davam etdirə bilər.

saytlarin hazirlanmasi

Seçilən
39
2
sportal.az

3Mənbələr