Bakı. Trend:
“Fiorentina”nın baş məşqçisi Stefano Pioli istefaya biraddımlıqdadır.
Trend xəbər verir ki, əgər o,komandanı qarşıdakı iki Serie A turunda böhrandan çıxara bilməsə,22 noyabrda “Yuventus”a qarşı keçiriləcək oyuna “bənövşələr”i başqabir mütəxəssis hazırlayacaq.
19-cu pillədə qərarlaşan “Fiorentina” növbəti iki turda evdə 6xala malik “Lecce” ilə, səfərdə isə cədvəlin sonuncusu olan, 3 xaltoplayan “Genoa” ilə qarşılaşacaq.
Qeyd edək ki, Piolinin məşqçi heyətində rusiyalı AleksandrNizelik də çalışır. O, Rusiyada Sergey Semakın rəhbərliyi altında“Ufa” və “Zenit”də işləməsi ilə tanınır. Baş məşqçi istefayagöndərildiyi halda belə, Nizelik “Fiorentina”da fəaliyyətini davametdirə bilər.
 
                        