AZ

Qadın turist kimsəsiz bir adada unudulduqdan sonra ölü tapılıb



Avstraliyada faciəvi hadisə baş verib: gəmisi onsuz yola düşəndən qısa müddət sonra adada 80 yaşlı qadının cəsədi tapılıb.
Qadının şəxsiyyəti açıqlanmayıb. Səlahiyyətlilər hadisənin Kvinslend ştatının Thursday adası yaxınlığında baş verdiyini bildiriblər. O, Avstraliyanın şimal sahillərində səyahət edən kruiz gəmisinin sərnişini olub.

Gəmi limandan çıxdıqdan sonra heyət onun gəmidə olmadığını başa düşdü. Sahil mühafizəçiləri və polis ərazidə axtarışa başlayıb.

Qısa müddət sonra onun cəsədi gəminin sonuncu dəfə lövbər saldığı adalardan birində sahildə tapılıb. Səlahiyyətlilər hadisənin "şübhəli olmadığını" və ölümün təsadüfən baş verə biləcəyini bildiriblər.

Polis sözçüsü bildirib ki, "Ölüm səbəbini müəyyən etmək üçün yarılma aparılacaq. Lakin hazırda heç bir qanun pozuntusu aşkar edilməyib".

Kruiz gəmisi hadisə ilə bağlı "dərin kədərini" ifadə edib və gəmidəki digər sərnişinlərə psixoloji dəstək göstərildiyini açıqlayıb.

aia.az
Tərcümə şöbəsi



Seçilən
31
aia.az

1Mənbələr