Bakı. Trend:
Dövlət sərhədindən buraxılış məntəqələrinin genişləndirilməsi, ocümlədən sərhəd və gömrük nəzarətinin daha səmərəli təşkiliməqsədilə Qazax rayonunun inzibati ərazisində dövlət mülkiyyətində0,49 hektar və Qazax rayonu Şıxlı Bələdiyyəsinin mülkiyyətində 5,53hektar, Qusar rayonunun inzibati ərazisində dövlət mülkiyyətində8,27 hektar və Qusar rayonu Samur Bələdiyyəsinin mülkiyyətində2,752 hektar olmaqla, ümumilikdə dövlət mülkiyyətində olan 8,76hektar torpaq sahəsi üzərində istifadə hüququ və bələdiyyəmülkiyyətində olan 8,282 hektar torpaq sahəsi dövlət ehtiyaclarıüçün alınacaq. (torpaq sahələrinin koordinatlarını, ölçülərini vəsərhədlərini göstərən yerquruluşu xəritəsi əlavə olunur).
Trend xəbər verir ki, bununlabağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Dövlət Gömrük Komitəsi alınan torpağın, həmçininhəmin torpağın hər bir mülkiyyətçisinə məxsus hissələrinin vəonlarla birlikdə alınacaq digər əmlakın qiymətləndirilməsi üçünqiymətləndirmə komissiyası yaratmalı, dövlət sərhədindən buraxılışməntəqələrinin genişləndirilməsi məqsədilə layihə altına düşənalınan daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınmasının“Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanununtələblərinə uyğun həyata keçirilməsini təmin etməlidir.
Dövlət Gömrük Komitəsi layihə çərçivəsində tikinti altına düşəntorpaqların dövlət ehtiyacları üçün alınmasının Dövlət GömrükKomitəsinin tabeliyində olan“Azərterminalkompleks” Birliyiningəlirləri hesabına maliyyələşdirilməsini təmin etməli, alınandaşınmaz əmlak və alınmanın təsirinə məruz qalan şəxslər, onlaraödənilmiş kompensasiyanın məbləğləri barədə məlumatı altı ayda ənazı bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdimetməlidir.
 
                        