AZ

Xınalıq və Qırızda 10 santimerə qədər qar, mənfi 3 dərəcə temperatur var FOTO

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Quba, 30 oktyabr, Elxan Yusifli, AZƏRTAC

Oktyabırn 30-da Quba və Qusarın dağlıq ərazilərinə bu ilin ilk güclü qarı yağıb.

Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ən çox qar Qubanın Qırız və Xınalıq kəndlərinə yağıb. Qırız kəndində qarın hündürlüyü 10, Xınalıqda 9 santimetrə çatır. Qusarın Ləzə kəndində isə 3 santimer qar qeydə alınıb.

Qarın yağması ilə əlaqədar temperatur mənfi 3 dərəcəyədək aşağı düşüb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
10
azertag.az

10Mənbələr