AZ

İcarəyə götürülən iki bahalı avtomobil girov qoyuldu – VİDEO

Oktyabrın 17-də Nəsirli Nicat Cəlal oğlu və Əsgərov Orxan Telman oğlu “Gold Baku” və “Hermes” avtomobil icarə şirkətlərindən 77-TD-814 dövlət qeydiyyat nişanlı BMW F10 və 90-VO-722 dövlət qeydiyyat nişanlı Toyota Land Cruiser markalı avtomobilləri icarəyə götürüblər.

Lakin onlar həmin avtomobilləri Şirvan şəhəri, İsmət Qayıbov küçəsində yaşayan şəxsə 55 min manat müqabilində girov qoyublar. Şirkət tərəfindən həmin şəxslərlə əlaqə saxlanılsa da, zənglərə cavab verilməyib.

GPRS izləmə sistemi vasitəsilə avtomobillərin yeri müəyyən edildikdə, hər iki nəqliyyat vasitəsinin eyni ünvanda saxlanıldığı aşkarlanıb. Şirkət əməkdaşları ünvana gedərək qapını döysələr də, girov götürən şəxs qapını açmayıb və avtomobilləri yandırmaqla hədələyib.

“Gold Baku” və “Hermes” şirkətləri Patrulaz.az-a müraciət edərək aidiyyəti qurumlardan məsələ ilə bağlı təxirəsalınmaz tədbir görülməsini və onlara kömək göstərilməsini xahiş edirlər.
Oktyabrın 17-də Nəsirli Nicat Cəlal oğlu və Əsgərov Orxan Telman oğlu “Gold Baku” və “Hermes” avtomobil icarə şirkətlərindən 77-TD-814 dövlət qeydiyyat nişanlı BMW F10 və 90-VO-722 dövlət qeydiyyat nişanlı Toyota Land Cruiser markalı avtomobilləri icarəyə götürüblər.

Lakin onlar həmin avtomobilləri Şirvan şəhəri, İsmət Qayıbov küçəsində yaşayan şəxsə 55 min manat müqabilində girov qoyublar. Şirkət tərəfindən həmin şəxslərlə əlaqə saxlanılsa da, zənglərə cavab verilməyib.

GPRS izləmə sistemi vasitəsilə avtomobillərin yeri müəyyən edildikdə, hər iki nəqliyyat vasitəsinin eyni ünvanda saxlanıldığı aşkarlanıb. Şirkət əməkdaşları ünvana gedərək qapını döysələr də, girov götürən şəxs qapını açmayıb və avtomobilləri yandırmaqla hədələyib.

Seçilən
21
4
tribunainfo.az

5Mənbələr