AZ

İki şirkətin avtomobillərini girov götürənlər barədə araşdırmalar başlanıldı

Oktyabrın 17-də Nicat Cəlal oğlu Nəsirli və Orxan Telman oğlu Əsgərov "Gold Baku" və "Hermes" avtomobil icarə şirkətlərindən 77-TD-814 dövlət qeydiyyat nişanlı "BMW F10" və 90-VO-722 dövlət qeydiyyat nişanlı "Toyota Land Cruiser" avtomobillərini icarəyə götürərək, Şirvan şəhəri, İsmət Qayıbov küçəsində yaşayan şəxsə 55 min manat müqabilində girov qoyublar.

Milli.Az xəbər verir ki, şikayət üzrə patrulaz.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.

Xatırladaq ki, şirkət nümayəndələri tərəfindən həmin şəxslərlə dəfələrlə əlaqə saxlanılsa da, zənglərə cavab verilməyib. GPS izləmə sistemi vasitəsilə avtomobillərin yeri müəyyən edilərək sözügedən ünvana gedildikdə isə girov götürən şəxs qapını açmayaraq, avtomobilləri yandırmaqla hədələyib.

Milli.Az

Seçilən
1
4
milli.az

5Mənbələr