ain.az bildirir, Oxu.az portalına istinadən.
"RM Sotheby's" hərrac evi bu həftə sonu "Ferrari FXX K Evo" superkarını satışa çıxaracaq.
Oxu.Az xəbər verir ki, bu barədə hərrac evinin saytında məlumat verilib.
Bu model trek həvəskarları üçün hazırlanmış "LaFerrari" hibridinin yarış versiyasıdır.
2015-ci ildə buraxılan superkar bir neçə il sonra "Evo" versiyasına yüksəldilib və o vaxtdan bəri cəmi 213 kilometr məsafə qət edib.
Təxminən 60 mövcud "FXX K"dən heç birini küçədə sürmək qanuni deyil.
Gücünün 1 085 at qüvvəsi olan avtomobilin 5-7 milyon dollar arasında satılacağı gözlənilir.












Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.