AZ

Milyonlarla dollarlıq nadir avtomobil satışa çıxarılacaq

"RM Sotheby's" hərrac evi bu həftə sonu "Ferrari FXX K Evo" superkarını satışa çıxaracaq.

Avtosfer.az xəbər verir ki, bu barədə hərrac evinin saytında məlumat verilib.

Bu model trek həvəskarları üçün hazırlanmış "LaFerrari" hibridinin yarış versiyasıdır.

2015-ci ildə buraxılan superkar bir neçə il sonra "Evo" versiyasına yüksəldilib və o vaxtdan bəri cəmi 213 kilometr məsafə qət edib.

Təxminən 60 mövcud "FXX K"dən heç birini küçədə sürmək qanuni deyil.

Gücünün 1 085 at qüvvəsi olan avtomobilin 5-7 milyon dollar arasında satılacağı gözlənilir.

 

Milyonlarla

Milyonlarla

Milyonlarla

Milyonlarla

Milyonlarla

Milyonlarla

 

Seçilən
1
1
avtosfer.az

2Mənbələr