AZ

“Qarabağ”-“Çelsi” matçına rekord sayda bilet satıldı

UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turu çərçivəsində Bakıda keçiriləcək “Qarabağ” – “Çelsi” (İngiltərə) oyununa bilet satışında tarixi göstərici qeydə alınıb.

Publika.az Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir ki, bir neçə saat ərzində artıq 22 500 bilet alınıb.
Hazırda biletlərin məhdud sayda qaldığı deyilir.

Standart biletlərin qiymətləri: 10, 15, 25, 35, 40, 50 və 75 AZN təşkil edir.

VIP sektorlar: 200, 250, 300 və 400 AZN
VVIP sektorlar: 1000 AZN

Biletlər yalnız iTicket.az saytından və mobil tətbiqi vasitəsilə əldə oluna bilər.

Seçilən
47
5
publika.az

10Mənbələr