AZ

Yaponiyanın baş naziri: Rusiyadan LNG idxalına qadağa qoymaq çətin olacaq - ÖZƏL

Yaponiyanın yeni baş naziri Sanae Takaichi ABŞ prezidenti Donald Tramp ilə görüşü zamanı Rusiyadan maye təbii qazın (LNG) idxalına embarqo tətbiq etməyin çətin olacağını bildirib.

Olaylar bu barədə "Reuters" agentliyinə istinadən məlumat yayıb.

Xəbərdə qeyd olunur ki, Takaichi Tokioda keçirilən danışıqlar zamanı Trampa Yaponiyanın enerji təhlükəsizliyi baxımından Rusiyadan LNG idxalını tam dayandırmağın hazırda mümkün olmadığını deyib.

Məlumata görə, Yaponiyanın maye təbii qaz idxalının təxminən 9 faizi Rusiyanın payına düşür.

Qeyd edək ki, görüş zamanı Donald Tramp və Sanae Takaichi nadir torpaq metalları sahəsində əməkdaşlıq proqramı imzalayıblar.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
41
olaylar.az

1Mənbələr