AZ

NVIDIA dünyanın ilk 5 trilyon dollarlıq şirkəti OLDU

NVIDIA dünyanın ilk 5 trilyon dollarlıq şirkəti olub.

İnterpress.az xəbər verir ki, texnoloji nəhəng NVIDIA tarixə düşərək bazar dəyəri 5 trilyon dolları keçən ilk şirkət olub.

Bu göstərici şirkətin süni intellekt texnologiyaları və qrafik prosessorlar (GPU) sahəsindəki lider mövqeyinin bir daha təsdiqi sayılır.

Ekspertlər bildirir ki, NVIDIA-nın rekord dəyərə çatmasının əsas səbəbi süni intellektə tələbin sürətlə artması və şirkətin bu sahədə bazarın dominant oyunçusuna çevrilməsidir.

Hal-hazırda şirkətin GPU-ları OpenAI, Google, Amazon və Microsoft kimi texnoloji nəhənglərin əsas hesablayıcı sistemlərində istifadə olunur.

Analitiklər hesab edirlər ki, bu yüksəliş təkcə NVIDIA üçün deyil, ümumilikdə süni intellekt sənayesi üçün yeni mərhələnin başlanğıcını göstərir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
32
interpress.az

1Mənbələr