AZ

Azərbaycanın daxili dövlət borcunun strukturu açıqlanıb

1 oktyabr 2025-ci il tarixinə daxili dövlət borcu 17milyard 046,8 milyon manat və ya 2025-ci il üzrə proqnozlaşdırılan ÜDM-in 13,1 faizini təşkil edib.

Bu barədə FED.az Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə daxili dövlət borcu 2025-ci ilin 01 yanvar tarixi ilə müqayisədə 1 milyard 612,9 milyon manat azalıb.

Hesabat tarixinə daxili dövlət borcunun 7.987,0 milyon manatı dövriyyədə olan dövlət qiymətli kağızlarının, 9 milyard 059,8 milyon manatı isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəliklərinin payına düşür.

Seçilən
17
6
fed.az

8Mənbələr