Kreml Koreya yarımadasındakı münaqişənin həlli cəhdlərini, o cümlədən ABŞ prezidenti Donald Trampın təklifini alqışlayır".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov deyib.
"Biz bu istiqamətdə istənilən addımı alqışlamağa hazırıq", - o bildirib.
PeskovTrampın Cənubi Koreya prezidenti Li Çje Myonqa yarımadada gərginliyin aradan qaldırılması üçün çalışacağı barədə bəyanatını şərh edib.
O, həmçinin Şimali Koreya lideri Kim Çen Inla görüşmək arzusunda olduğunu vurğulayıb .
Daha əvvəl CNN mənbələrə istinadən məlumat vermişdi ki, Tramp administrasiyası Kim Çen Inla görüşün mümkünlüyünə şübhə edir.